Bakıda 52 yaşlı kişi kafedə bıçaqlandı

KRİMİNAL 03 oktyabr 2025, 09:32
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında baş verib. 1970-ci il təvəllüdlü Ağa Aydın oğlu Cəfərov 1973-cü il təvəllüdlü Nüsrət Bağman oğlu Həsənovu bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Cəfərov saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 10:56
03 oktyabr 2025, 09:46
03 oktyabr 2025, 09:08
Top