İranda güclü ZƏLZƏLƏ

DÜNYA 03 oktyabr 2025, 09:08
Bu gün saat 00:05-da İranın İsfahan əyalətində yerləşən Zəvare şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az  “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, seysmik hadisənin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb. 
 
Yeraltı təkanlar paytaxt Tehran və Qum şəhərlərində də hiss olunub, lakin bu bölgələrdə təsiri daha zəif olub.

Zəlzələdən sonra 3,1 və 3 bal gücündə bir neçə afterşok da qeydə alınıb. Hadisə ilə bağlı əraziyə xilasedici qruplar göndərilib.

Yeraltı təkanlar nəticəsində dağıntılar və ya insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 10:56
03 oktyabr 2025, 09:46
03 oktyabr 2025, 09:08
Top