Telegram-ın yaradıcısı Pavel Durov Astanada keçirilən Digital Bridge 2025 forumunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
AzPost bildirir ki, bu barədə prezident Tokayevin mətbuat xidməti açıqlama yayıb.
Mətbuat xidmətinin məlumatına görə, görüşdə təhsil, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Durov Qazaxıstanda süni intellekt laboratoriyasının açıldığını elan edib. Bu, Telegram və Qazaxıstanın superkompüter klasteri arasında əməkdaşlıq olacaq.
“Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından məxfi, şəffaf və səmərəli istifadə etməyə imkan verəcək. Ümid edirik ki, Qazaxıstanın superkompüter klasteri bu şəbəkə üçün hesablama gücünün ilk əsas təchizatçısı olacaq”, – Durov bildirib.