"Bu, artıq bir trendə çevrilib: insanlar statuslarını göstərmək üçün bahalı telefonlar alırlar. Çox vaxt bu telefonların funksiyalarına heç ehtiyacları olmur. Məsələn, adi bir mühəndisin və ya sıravi bir insanın bahalı telefona ehtiyacı yoxdur".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
O, bildirib ki, əsasən qadınlar bu cür alış-verişlərə meyllidirlər:
"Əslində, hər hansı bir əşyaya pul verəndə özümüzə sual verməliyik, "mən onu tam istifadə edə biləcəyəmmi?” və “verdiyim pulun qarşılığını alacağammı?”. Qidaya pul vermək məntiqlidir, çünki orqanizm üçün vacibdir, amma əşyalar bu qədər vacib deyil".
Sosioloq qeyd edib ki, onun telefonu cəmi 186 manata başa gəlib:
"6GB RAM və 50 MP kamera var, amma mənə tam kifayət edir. İnanmıram ki, Bakıda güclü kamerası və bahalı telefonu olan insanların əksəriyyətinin buna həqiqi ehtiyacı olsun. Onlar nə film çəkirlər, nə də ciddi layihələrdə istifadə edirlər. Statistika kimi, 99% insan telefonun kamerasını ancaq gündəlik çəkilişlər üçün işlədir. Bu, sadəcə insanların göz önündə “status” göstərmək istəyidir – yəni “məndə də var” düşüncəsidir, vəssalam".
Əfsanə Kamal
Demokrat.az