"Məktəblərin birləşdirilməsi məsələsi hər zaman müəyyən narazılıqla qarşılanıb. Bunun əsas səbəbi bir neçə amilin olmasıdır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
O, bildirib ki, şagirdlərin çoxu məktəblərini yaşadıqları əraziyə görə seçirlər:
"Birincisi, valideynlər övladlarını evlərinə yaxın məktəbə yerləşdirirlər. Məktəb bağlandıqda isə şagirdlərin yolunun uzanması və digər dolayı problemlər yaranır.İkincisi, məktəblərin birləşdirilməsi zamanı ştatlı müəllim və texniki əməkdaşlar işlərini itirə bilirlər. Adətən yalnız ən yaxşı və ya müəyyən kriteriyalara uyğun olan müəllimlər yeni müəssisədə qalır, digərləri isə öz iş yerlərini itirirlər. Bu daha çox regionlara aid məsələdir. Kənd və qəsəbələrdə şagird sayı 1000-dən aşağı olan məktəblərdə tədris prosesi dayandırılır və şagirdlər digər məktəblərə yerləşdirilir. Məsələn, ötən il 1000-ə yaxın məktəbin bağlanaraq digər tədris müəssisələrinə birləşdirilməsi qərarı verilib".
Ekspert bildirib ki, paytaxtda isə bu prosesin səbəbləri açıq deyil:
"Məsələn, bir məktəbin humanitar fənlərə yönəlmiş liseylə birləşdirilməsi uşaqlar üçün faydalıdır, çünki liseyin tədris keyfiyyəti orta məktəbdən daha yüksəkdir. Yeganə narahatlıq müəllimlərdədir. Bağlanan məktəblərin əməkdaşlarının hamısını yeni müəssisədə saxlamaq mümkün deyil, bəzi müəllimlər iş yerlərini itirə bilərlər. Valideynlərin narahatlığı isə şagird sıxlığı ilə bağlıdır. Həm liseydə əvvəlcədən oxuyanların, həm də yeni göndərilən şagirdlərin valideynləri bu vəziyyəti doğru qavrayırlar".
Onun sözlərinə görə, əsas məsələ odur ki, tədris prosesi düzgün və strukturlu şəkildə təmin edilsin, boşluqlara yol verilməsin.
Əfsanə Kamal
Demokrat.az