
Havaların soyuması ilə qrip virusunun yayılması da baş alıb gedir.
Axşam.az xəbər verir ki, bəziləri qalın geyinərək, vitaminlər qəbul edərək bu problemdən xilas olmağa çalışır.
Tək vitamin qəbulu virusun qarşısını almır. Yeyib-içdiyiniz hər şeyə fikir verməyiniz vacibdir.
38 dərəcədən yuxarı hərarət, şiddətli zəiflik və əzələ ağrıları, quru öskürək, boğaz və burun axıntısı yəqin ki, qrip olan hər kəsə tanış hallardır. Bunu yaşamamaq üçün vitamini bol olan qidalar tükətməlisiniz.
Vitamin C - Ən yaxşı antioksidant vitaminlərdən biridir. Əgər C vitamini vitamin şəklində deyil, qidalardan alınırsa, bu qidalardakı fotokimyəvi maddələrdən də istifadə oluna bilər. Beləliklə, pomidor, təzə bibər, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi kimi tərkibində C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.
Sink immunitet sistemi üçün vacib mineraldır. Dəniz məhsulları, ət, soğan və sarımsaqda olur. Sink balqabaq toxumunda, çiy fındıqda, qoz və badam kimi yağlı qidalarda, hind quşu, quzu ətində, qulançar və göbələkdə olur. Bu minerallar yüksək antioksidant təsirə malikdir və orqanizmin toksinlərlə mübarizə aparan hüceyrələrini gücləndirir.
Omeqa 3 yağ turşuları - Bunlar ən qiymətli yağlardır. İmmunitet, beyin və sinir sistemi, psixologiya və ürək-damar sağlamlığı üçün vacib qidadır. Balıq mövsümünün başlaması ilə həftədə 2 gün balıq yeyilməlidir. Balıqda omeqa-3-dən başqa, orqanizmin istehsal edə bilmədiyi, hüceyrələrin yenilənməsi və qocalmaya qarşı lazım olan əvəzolunmaz amin turşuları da var. Çiy fındıq, qoz və badam kimi yağlı toxumlarda Omeqa 3 var.
Bundan başqabol portağal yeyib, limonlu və zəncəfilli çay için. Çaya nanə və mixək də qata bilərsiniz. Çalışın çox kalorili yemək əvəzinə tərəvəzlər qəbul edin.