"Artıq Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda mühakimə olunan 23 erməni cinayətkarını əsgər adlandırıb. Bu, qeyri-qanuni deyil. Onların tutulması siyasi motivli deyil, mühakimə onların Azərbaycanda törətdikləri cinayətlərə görə aparılır və şahid ifadələri bu cinayətlərin hamısını təsdiqləyir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O, bildirib ki, istintaq artıq başa çatıb və məhkəmə yaxın zamanlarda hökmünü verəcək:
"Bəzi ermənipərəst dairələr çalışır ki, Azərbaycanda gedən məhkəməni siyasi motivli göstərsin və cinayətkarların azadlığa çıxmasına nail olsunlar. Halbuki həmin şəxslərin hamısı azərbaycanlıların qanının tökülməsində və Xocalı faciəsində birbaşa iştirak edib. Bu faktlar məhkəmə materialları ilə sübut olunur".
Politoloq bildirib ki, Azərbaycan məhkəməsi bu prosesi başa çatdıracaq və cinayətkarlar öz cəzalarını alacaq:
"Bu, Avropada onların tərəfdarlarını da susmağa məcbur edəcək və regiondakı sülh prosesinə müsbət təsir göstərəcək. Hər bir cinayətkar başa düşməlidir ki, törətdiyi əməlin cavabını verməlidir. Gec-tez bu baş verəcək və həmçinin Ermənistanda yaşayan ermənilər də var ki, azərbaycanlılara qarşı zorakılığa görə məsuliyyətə cəlb olunacaqlar".
Əfsanə Kamal
Demokrat.az