"Çin istehsalı avtomobillərin ikinci əlləri 2010-cu ilin "F10"u qədər olmayacaq. Onu mən Çin istehsalı avtomobil satan adam olaraq deyirəm".
Demokrat.az bildirir ki, bu sözləri avtoekspert Vüsal Əhmədov söyləyib.

O bildirib ki, Çin avtomobillərində qısa müddətdə nasazlıqlar üzə çıxır.
"Bugünkü gün maşını alıb üç aydan, beş aydan sonra yanıma kimsə sürətlər qutusu sensor probleminə görə gələ bilirsə, markanı da deyə bilərəm, məlumdur ki, mən birbaşa deyən adamam. Və yaxud da kimsə salonun rənginin getdiyinə görə gələ bilirsə, onu sabahkı günü, məsələn 2028-ci ildə 24-ün, 25-in Çin istehsalı avtomobilini bugünkü günü siz "F10"u, "Kayen"i təriflədiyiniz kimi, təqdim elədiyiniz kimi təqdim eləyib sata bilməyəcəksiniz.
İki ilin hansı "Porsche"sinin oturacağı rənglənib? Olub elə bir şey? Baxır hansı hallarda kimsə necə istifadə edir, o başqa bir şeydir. Amma normal gündəlik istifadədə, yox".


