Türkiyənin tanınmış sənətçisi Orhan Gencebay vəsiyyəti, ailəsi və gələcək planları ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, sənətçi bildirib ki, hələlik vəsiyyət hazırlamayıb. O, ailəsinin onun üçün hər şeydən üstün olduğunu vurğulayaraq, yaxınlarının maddi və mənəvi baxımdan təmin olunduğunu qeyd edib.
Orhan Gencebay həyatının filmə çəkilməsi məsələsinə də münasibət bildirib. O, həyat hekayəsinin yanlış təqdim olunmasını istəmədiyi üçün bu fikrə ehtiyatla yanaşdığını ifadə edib.
Sənətçinin gələcək planları arasında həyat təcrübələrini və yaşadığı maraqlı hadisələri kitab şəklində toplamaq da var. Bundan başqa, öz həyatı ilə bağlı sənədli film hazırlamaq istəyini də dilə gətirib.
Müsahibə zamanı Kadir İnanır və Ferdi Tayfurun ailələrində yaşanan mübahisələr də gündəmə gəlib. Gencebay belə hadisələrin onu kədərləndirdiyini bildirib.
Qeyd edək ki, Orhan Gencebay Türkiyə musiqisinin tanınmış simalarından biridir. O, uzun illərdir bəstələri və ifaları ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.


