YapiKredi Müraciət Forması
İqtisadiyyat Özəl

Bakıda niyə restoranlarda yer tapılmır? — Səbəb

Bakıda niyə restoranlarda yer tapılmır? — Səbəb

"Adətən, vəziyyət barədə şikayətlənəndə əks arqument olaraq onu deyirlər ki, bax, restoranlar, kafelər, kofeşoplar hamısı doludur. İnsanlar yaxşı yaşayır, sən pis qazanırsan. Reallıq isə biraz başqadır. Azərbaycanda restoranlar niyə doludur, gəlin araşdıraq".

Demokrat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-bloqer Fərhad Pərvizi söyləyib.

O bildirib ki, ölkədə 80 faiz insanın ortalama maaşı təxminən 700 manatdır.

"Birincisi, Azərbaycan iqtisadi strukturu ABŞ iqtisadi strukturuna oxşayır, o perspektivdən ki, bizdə bir faiz çox varlı insan var. Və 10 milyon xalqın bir faizi 100 min nəfər edir. Onlar hər gün restorana çıxsalar bir xeyli kafe və restoranları dolu görəcəksiniz.

İkincisi, bizdə orta sinif var, hansı ki, xarici şirkətlərdə, holdinqlərdə işləyən insanlardır. Onların 2500, 3500 manat arasında gəliri var. Və onlar həm ər, həm arvad işləyəndə, yəni ki, aylıq büdcələri 5-6 min manat edir və onlar da həftədə bir neçə dəfə kafe və restorana getməyə hazırdırlar və bunun üçün pulları var.

Qalır yerdə qalan 80 faiz insan, hansıların ki, orta, medium maaşı 700 manat civarındadır, bax problem də onlarda yaranır. O təsəvvür edin ki, 25 yaşlı, 30 yaşlı bir cavan oğlandır, düşünür ki, mən ev almalıyam, evlənməliyəm, uşaqlarımı saxlamalıyam, maşın almalıyam və mənim cəmi 700 manat maaşım var. Lakin, Bakıdakı evlər o qədər əlçatmaz qiymətədir ki, inflyasiya da bir tərəfdən, ümumiyyətlə, maşın almaq, ərzaq almaq o qədər çətinləşib ki, Həmin oğlan düşünür ki, mən onsuz da bunu heç vaxt əldə bilməyəcəm, heç olmasa gedim kafedə oturum, 6 manat verim bir dənə amerikano içim.

Həmin insanların 80 faizi xoşbəxtliyi kafe və restoranlarda axtarır. Çünki bəzən insanın özünü fərqli, dəyərli və həyatda hiss etməsi üçün başqa bir seçimi qalmır. Bu gün Azərbaycanda kafe və restoranların dolub-daşmasının səbəbi heç də hər şeyin yaxşı olması deyil. Bəlkə də, əksinə, hər şeyin o qədər də yaxşı olmamasıdır. İnsanlar xoşbəxtliyi gündəlik həyatın içində tapa bilmədikləri üçün onu bir fincan qəhvənin, bir masa ətrafında keçirilən bir neçə saatın içində axtarırlar".

Editor
Redaktor