Bəzi insanlar sevdiklərinin başına hər hansı bir hadisə gəlməməsi üçün daim diqqətli və ayıq-sayıq olurlar. Onlar yaxınlarını qorumaq, təhlükələrdən uzaq tutmaq və güvəndə olduqlarına əmin olmaq üçün hər cür fədakarlığa hazırdırlar.
Astroloq Dana DeFranco sevdiklərini və sahib olduqları dəyərləri qorumaq üçün xüsusi səy göstərən üç bürcün adını açıqlayıb. Onun siyahısında Buğa, Şir və Əqrəb yer alıb.
Buğa
Venera tərəfindən idarə olunan torpaq ünsürlü Buğalar sabitliyə və güvənə böyük önəm verirlər. Həyatdan zövq almağı sevsələr də, söhbət sevdiklərindən gedəndə olduqca ciddi və məsuliyyətli davranırlar.
Astroloqun sözlərinə görə, Buğalar öz daxili dünyalarını tanıdıqca ətraflarındakı insanlara daha çox sevgi və qayğı göstərə bilirlər. Onlar sevdiklərini qorumaq üçün əllərindən gələni əsirgəmirlər.
Şir
Günəşin idarə etdiyi od ünsürlü Şirlər sadiq, mərhəmətli və istiqanlı olmaları ilə seçilirlər. Ailələri və dostları onların həyatında xüsusi yer tutur.
Şirlər yaxınlarını müdafiə etməkdən çəkinmir, lazım gəldikdə onların yanında dayanaraq hər cür dəstək göstərirlər. Dana DeFranco hesab edir ki, bu bürcün nümayəndələri sevdiklərini heç bir qarşılıq gözləmədən, səmimi qəlbdən qoruyurlar.
Əqrəb
Pluton və Marsın idarə etdiyi su ünsürlü Əqrəblər duyğularını dərindən yaşayan və hər kəsə asanlıqla güvənməyən insanlardır. Onlar üçün emosional bağlılıq və güvən olduqca vacibdir.
Əqrəblər qəlblərini və sevdiklərini qorumaq üçün böyük fədakarlıqlara hazırdırlar. Həyatlarına hər kəsi daxil etməsələr də, güvəndikləri insanlara qarşı son dərəcə sadiq olurlar. DeFranco bir Əqrəbi tam tanımağın demək olar ki, mümkünsüz olduğunu vurğulayır.


