YapiKredi Müraciət Forması
Dünya

İran ABŞ-a məxsus MQ-1 tipli PUA-nı vurduğunu açıqlayıb

İran ABŞ-a məxsus MQ-1 tipli PUA-nı vurduğunu açıqlayıb

İranın cənubunda yerləşən Keşm adası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğu iddia edilir.

Demokrat.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri ABŞ-a aid PUA-nı aşkar edərək izləyib və nəticədə zərərsizləşdirib.

İran tərəfinin iddiasına əsasən, bu hadisə ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 17-ci MQ-1 tipli pilotsuz uçuş aparatıdır.

NE
Nihadə Eyyubova