YapiKredi Müraciət Forması
Hadisə

Kəlbəcərdə avtomobil aşdı: Sürücü xəsarət aldı - VİDEO

Kəlbəcərdə avtomobil aşdı: Sürücü xəsarət aldı - VİDEO

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Pəyə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero İO" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını almaq məqsədilə sükanı yolun əks istiqamətinə çevirib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.