İstanbul hava limanında Türk dövlətlərinin vətəndaşları üçün xüsusi pasport nəzarəti zolağı yaradılır.
Demokrat.az xəbər verir ki, terminalda artıq Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqları əks olunan göstəricilər quraşdırılıb. Yeni sistem həmin ölkələrdən gələn səyahətçilərin sərhədkeçmə prosesini sürətləndirmək və növbələri azaltmaq məqsədi daşıyır.
Bununla yanaşı, gələcəkdə bəzi türk ölkələri arasında xarici pasport tələb olunmadan yalnız daxili şəxsiyyət vəsiqələri ilə səyahət etmək imkanı da müzakirə olunur.
Beləliklə, İstanbul hava limanında tətbiq edilən bu yenilik qardaş ölkələrin vətəndaşları üçün səfərləri daha rahat və operativ edəcək.


