YapiKredi Müraciət Forması
Region

"İsrailə bizimkilərin yerini cinlər deyib" - İrandan sərsəm açıqlama

İsrailə bizimkilərin yerini cinlər deyib - İrandan sərsəm açıqlama

İranlı din xadimi Əli Rza Pənahiyan İsrailin İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən və digər fövqəltəbii vasitələrdən istifadə etdiyini iddia edib.

Pənahiyan bunu noyabrın 10-da Məşhəddə İmam Rza ziyarətgahında çıxışı zamanı deyib.

O bildirib ki, İsrail İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən istifadə edir.

Din xadiminin sözlərinə görə, İsrailin cinlərdən istifadə etməsi barədə ona etibarlı mənbələrdən məlumat verilib.(savashmedia.az)

NE
Nihadə Eyyubova