YapiKredi Müraciət Forması
Region Özəl

Adnan Şensesin qızı siyasətə qoşuldu – AK Partini seçdi

Adnan Şensesin qızı siyasətə qoşuldu – AK Partini seçdi

Türkiyənin tanınmış sənətçisi mərhum Adnan Şensesin qızı Arzum Şenses siyasətə qoşulub. O, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bodrum rayon təşkilatına üzv olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, Arzum Şenses AK Partinin Baş Qərargah Təşkilat İdarəsinin təşkil etdiyi "Türkiyə Yüzılı Görüşləri" çərçivəsində Bodrumun Yalıkavak bölgəsində keçirilən tədbirdə partiyaya üzv olub.

Onun üzvlük nişanını AK Partinin Dənizli millət vəkili, Türkiyə Böyük Millət Məclisinin keçmiş qrup sədr müavini Cahit Özkan təqdim edib. Tədbirdə AK Parti Bodrum rayon təşkilatının sədri Seha Ergene və partiya nümayəndələri də iştirak ediblər.

Seha Ergene Arzum Şensesin partiyaya qoşulmasından məmnunluğunu ifadə edərək onu yeni siyasi fəaliyyətində təbrik edib.

Qeyd edək ki, Arzum Şenses Türkiyə musiqisinin unudulmaz simalarından olan Adnan Şensesin yeganə övladıdır. Mərhum sənətçi 2013-cü il dekabrın 25-də vəfat edib.

Adnan Şensesin qızı siyasətə qoşuldu – AK Partini seçdi

Adnan Şensesin qızı siyasətə qoşuldu – AK Partini seçdi

NE
Nihadə Eyyubova