YapiKredi Müraciət Forması
Sağlamlıq

Yemək zamanı su içmək zərərlidir? Doğru bildiyimiz yanlışlar

Yemək zamanı su içmək zərərlidir? Doğru bildiyimiz yanlışlar

Su içməyin düzgün vaxtı ilə bağlı müzakirələr davam edir. Bəziləri yeməkdən əvvəl, digərləri isə sonra su içməyin daha faydalı olduğunu düşünür.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, su içmək üçün xüsusi vaxt müəyyənləşdirilməyib. Əsas məsələ gün ərzində orqanizmin ehtiyacına uyğun kifayət qədər maye qəbul etməkdir.

Dietoloqlar bildirirlər ki, yemək zamanı su içmək həzmi pozmur. Əksinə, su qidanın nəmlənməsinə, udulmasına və həzm sistemi boyunca hərəkətinə kömək edir. Həmçinin bağırsaqların normal fəaliyyəti üçün də vacibdir.

Bununla belə, reflüks və mədənin boşalmasının ləngiməsi problemi olan şəxslərə yemək zamanı həddindən artıq maye qəbul etməmək tövsiyə olunur. Çünki bu, bəzi hallarda narahatlığı, ürəkbulanma və digər əlamətləri artıra bilər.

Mütəxəssislər yeməkdən əvvəl su içməyin toxluq hissi yarada biləcəyini, yemək zamanı qəbul edilən suyun isə qidanın udulmasını asanlaşdırdığını qeyd edirlər.

Dietoloqların qənaətinə görə, yeməkdən dərhal sonra su içməyin həzmi pozduğuna və ya bunun üçün müəyyən müddət gözləmək lazım gəldiyinə dair güclü elmi sübut yoxdur. Buna görə də suyun qəbul vaxtından daha çox gün ərzində kifayət qədər maye içilməsinə diqqət yetirilməlidir.