Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
2007-ci il təvəllüdlü Elvira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elvira iki il Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayıb.
Bu il dayısı qızı akademiyanı bitirdiyi üçün Elvira da kirayədə yaşadığı mənzildən Azərbaycan Tibb Universitetinin yataqxanasına köçüb.
E.Eyyubovanın bacısı da bu il ali məktəbə qəbul olunub və onunla birlikdə həmin yataqxanada yaşamağa başlayıb.
Noyabrın 14-də axşam saatlarında bacısı mağazadan qayıdarkən Elviranı ölü vəziyyətdə aşkarlayıb.
Elvira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib. (oxu.az)


