YapiKredi Müraciət Forması
Kriminal Özəl

İş yoldaşları arasındakı dava məhkəmədə bitdi

İş yoldaşları arasındakı dava məhkəmədə bitdi

Bakıda 51 yaşlı kişi iş yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən daş karxanasında baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İslam daş karxanasının istirahət otağında iş yoldaşı Zamiqlə (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı İslam yumruqla Zamiqin alın nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

İslam barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən İslam ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirib.

Zərərçəkmiş də İslamın dediklərini təsdiqləyərək ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə İslam cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor