YapiKredi Müraciət Forması
Kriminal Özəl

Bakıda arvadına xəsarət yetirən kişi bağışlandı

Bakıda arvadına xəsarət yetirən kişi bağışlandı

Bakının Xəzər rayonunda 45 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Əhməd həmin qəsəbədə yerləşən nömrəsiz fərdi evdə arvadı Zeynəblə (adlar şərtidir – red.) mübahisə edib. İstintaq materiallarına görə, ailə-məişət münasibətləri zəminində yaranan münaqişə zamanı Əhməd qəsdən arvadına bir neçə zərbə vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Əhməd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş arvadı ilə barışıb. Zeynəb də ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, tərəflər barışdığı və dəymiş ziyan tamamilə ödənildiyi üçün Əhməd cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor