YapiKredi Müraciət Forması
Kriminal Özəl

Arvadını döyən kişi ilə bağlı qərar verildi

Arvadını döyən kişi ilə bağlı qərar verildi

Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayət işi ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Binə qəsəbəsində, Atçılıq yeni yaşayış massivində baş verib.

Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Fərman həmin qəsəbədə yerləşən fərdi, nömrəsiz evdə həyat yoldaşı Gülnar (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə-məişət zəminində yaranan mübahisə zamanı kişi arvadının sifət nahiyəsinə şillə və yumruqla bir neçə zərbə vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Fərman barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə ifadə verən Fərman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirib.

Zərərçəkmiş də ərinin dediklərini təsdiqləyərək ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor