YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Noyabrın sonunadək həyatları 180 dərəcə dəyişə biləcək 4 bürc

Noyabrın sonunadək həyatları 180 dərəcə dəyişə biləcək 4 bürc

2026-cı ilin noyabr ayı dörd bürcün nümayəndəsi üçün mühüm dəyişikliklər dövrü ola bilər. Astroloji şərhlərə görə, bu müddətdə onlar köhnə vərdişlərdən və həyat tərzindən uzaqlaşaraq yeni qərarlar vermək imkanı qazanacaqlar.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri astroloq Helena Hatorun şərhinə istinadən yazıb.

Astroloqun fikrincə, noyabrda baş verən astroloji hadisələr bəzi insanlar üçün yeni perspektivlər açmaqla yanaşı, keçmişdən qalan həll edilməmiş məsələləri də gündəmə gətirə bilər.

Əqrəb

Noyabr Əqrəblərə uzun müddətdir narazı olduqları vəziyyətdən çıxmaq imkanı verə bilər. Ayın 13-dək Merkuri və Veneranın retroqrad hərəkəti keçmiş problemləri və münasibətlərdəki anlaşılmazlıqları yenidən gündəmə gətirə bilər.

Bununla yanaşı, Veneranın Yupiterlə yaratdığı aspektlər maliyyə və şəxsi həyatla bağlı yeni imkanlar vəd edir. Əqrəblərə zərərli vərdişlərdən uzaqlaşmaq və onları qane etməyən vəziyyətlərlə barışmamaq tövsiyə olunur.

Dolça

Noyabrın 16-da Mars və Yupiterin Şir bürcündə birləşməsi Dolçaları həyat prioritetlərini yenidən nəzərdən keçirməyə sövq edə bilər. Astroloqun şərhinə görə, bu dövrdə əvvəllər dəyişməz görünən məsələlərə fərqli yanaşmaq lazım gələcək.

Keçmişdə baş vermiş hadisələr yenidən xatırlana bilər. Dolçalar üçün əsas məsələ əvvəlki səhvləri təkrarlamamaq və yaranan fürsətlərdən düzgün istifadə etməkdir.

Buğa

Buğalar üçün noyabr ailə münasibətləri və ev məsələləri baxımından gərgin keçə bilər. Lakin astroloji proqnoza əsasən, məhz bu çətinliklər həyatlarında nələri dəyişməli olduqlarını anlamağa kömək edəcək.

Merkuri və Veneranın retroqrad hərəkəti ilə əlaqədar əvvəlki dövrdə yarımçıq qalan məsələlər yenidən gündəmə gələ bilər. İndi isə düşüncələri konkret addımlara çevirmək vaxtıdır. Bu dəyişikliklər həm şəxsi həyata, həm də karyeraya təsir edə bilər.

Şir

Şirlər üçün noyabr keçmişlə bağlı məsələləri yenidən dəyərləndirmək dövrü kimi xarakterizə olunur. Astroloji şərhlərə görə, onlar köhnə vərdişlərdən hansını geridə qoymalı, hansı təcrübələri isə gələcəyə daşımalı olduqlarını müəyyənləşdirməlidirlər.

Noyabrın 16-da Mars və Yupiterin Şirdə birləşməsi böyük hədəflərə yönəlmək və cəsarətli qərarlar vermək istəyini gücləndirə bilər. Bu dövr yeni planlara başlamaq və indiyədək riskli görünən addımları nəzərdən keçirmək üçün əlverişli hesab olunur.