YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Keçmişi unuda bilməyən 3 bürc

Keçmişi unuda bilməyən 3 bürc

Bəzi insanlar keçmişdə yaşadıqlarını asanlıqla unudaraq həyatlarına davam edə bilir. Ancaq elələri də var ki, illər əvvəl baş verən hadisələri, yaşadıqları inciklikləri və verdikləri qərarları uzun müddət yaddaşlarından silə bilmirlər. Astrologiyaya görə, xüsusilə üç bürc keçmişə bağlılığı ilə seçilir.

Xərçəng – Xatirələrə bağlılığı ilə seçilir

Astrologiyada ən nostalji bürclərdən biri hesab olunan Xərçənglər keçmişdə yaşadıqları hadisələrə emosional yanaşırlar. Köhnə fotoşəkillər, məktublar və xatirələr onlar üçün xüsusi əhəmiyyət daşıyır.

Lakin bu bağlılıq bəzən mənfi nəticələrə də səbəb olur. Xərçənglər yaşadıqları inciklikləri uzun müddət unuda bilmir, qəlblərində küskünlük saxlayır və onları incidən insanları bağışlamaqda çətinlik çəkirlər.

Əqrəb – İnciklikləri asanlıqla unutmur

Duyğularını dərindən yaşayan Əqrəblər keçmişdə baş verən hadisələri uzun müddət yaddaşlarında saxlayırlar. Onlar üçün xəyanət və inciklikləri unutmaq heç də asan deyil.

Kimsə Əqrəbin etibarını sarsıtdıqda, bunun izləri uzun müddət davam edə bilər. Maraqlıdır ki, bu bürcün nümayəndələri yalnız başqalarını deyil, bəzən özlərini də bağışlamaqda çətinlik çəkirlər.

Qız – Keçmişi dəfələrlə analiz edir

Analitik düşüncəsi və detallara diqqəti ilə tanınan Qız bürcü yaşadığı hadisələri dəfələrlə təhlil etməyə meyillidir.

Onlar keçmişdə verdikləri qərarları tez-tez sorğulayır, baş verənləri zehnində yenidən canlandırırlar. "Kaş başqa cür davransaydım" düşüncəsi Qız bürcünün nümayəndələrinin keçmişdən qopa bilməməsinin əsas səbəblərindən biri kimi göstərilir.

NE
Nihadə Eyyubova