YapiKredi Müraciət Forması
Sosial

Bu ərazilərdə evlər bahalaşdı - VİDEO

Bu ərazilərdə evlər bahalaşdı - VİDEO

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil bazarında da müşahidə edilir.

Xəzər TV-yə istinadən xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib.

İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.

Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.

Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən mənzillər bazarda aktiv təklif olunan əmlaklar sırasındadır.

Digər tərəfdən, mərkəzdən kənar ərazilərdə də yeni tikililərə və daha münasib qiymətli mənzillərə maraq qalmaqdadır.

Kirayə mənzillərin qiymətinə gəldikdə isə paytaxtın mərkəzi ərazilərində bahalaşma daha çox hiss olunur.

Daha ətraflı videomaterialı təqdim edirik:

NE
Nihadə Eyyubova