YapiKredi Müraciət Forması
Region Özəl

Emel Sayın vəsiyyət hazırlamamasının səbəbini açıqladı

Emel Sayın vəsiyyət hazırlamamasının səbəbini açıqladı

Türkiyəli müğənni Emel Sayın vəsiyyət hazırlamamasının səbəbini açıqlayıb.

Sənətçi konsert öncəsi jurnalistlərin suallarını cavablandırarkən miras məsələsinin onu narahat etdiyini bildirib. Onun sözlərinə görə, ailələrdə miras üstündə yaranan mübahisələr yaxın münasibətlərə ciddi zərər vura bilər.

Emel Sayın ailəsinin böyük bir hissəsini itirdiyini, hazırda ən yaxınlarının isə bacısı və qardaş uşaqları olduğunu söyləyib. Onları öz övladı kimi sevdiyini vurğulayan sənətçi miras səbəbindən aralarında hər hansı narazılığın yaranmasını istəmədiyini qeyd edib.

"Məni narahat edən məsələlərdən biri də miras mövzusudur. Övladım kimi sevdiyim bacı və qardaş uşaqları var. Aramızda belə bir problemin yaranmasını əsla istəmirəm", – deyə müğənni bildirib.

Vəsiyyət hazırlayıb-hazırlamadığı barədə suala cavab verən Emel Sayın indiyədək bu barədə heç düşünmədiyini etiraf edib. Bununla belə, ailəsində miras üstündə mübahisə yaşanacağına inanmadığını deyib.

"Miras məsələsi haqqında heç düşünməmişəm. Onsuz da heç bir problem olmayacaq. Biz hər şeyi bölüşən və bir-biri ilə paylaşan ailəyik", – deyə sənətçi əlavə edib.

Qeyd edək ki, Kadir İnanırın mirası ətrafında yaranan müzakirələrdən sonra Türkiyədə məşhurların vəsiyyət və miras məsələsinə münasibəti də diqqət mərkəzinə düşüb.

NE
Nihadə Eyyubova