Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandıracaq.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir qərarın noyabrın 14-nə keçən gecə Estoniyanın müdafiə sənayesi şirkətinə qarşı baş vermiş təxribat xarakterli hücumla əlaqədar qəbul edildiyini bildirib.
Tsahkna qeyd edib ki, sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı qərar barədə Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərinə də məlumat verib.


