YapiKredi Müraciət Forması
Region Özəl

"Yeşilçam hələ ölməyib, biz yaşayırıq!" - FOTO

Yeşilçam hələ ölməyib, biz yaşayırıq! - FOTO

Türkiyənin tanınmış aktrisalarından Şehnaz Dilan məşhur aktyor Ediz Hunun Yeşilçamın artıq sona çatdığı barədə açıqlamalarına münasibət bildirib.

Uzun müddətdən sonra Nişantaşında jurnalistlərin suallarını cavablandıran aktrisa həmkarının fikirlərindən incidiyini gizlətməyib.

Şehnaz Dilan təxminən 200 serial və filmdə rol aldığını xatırladaraq Yeşilçamın yalnız Ediz Hun və onun təmsil etdiyi aktyor nəslindən ibarət olmadığını vurğulayıb. O, özündən sonra da bu ənənəni davam etdirən sənətçilərin olduğunu bildirib.

Aktrisa Yeşilçamın bitdiyi fikri ilə razılaşmadığını ifadə edərək, "Biz hələ ölməmişik", – deyə etirazını bildirib.

Şehnaz Dilan Yeşilçam irsinin yaşadılması üçün mübarizə apardığını da qeyd edib.

"Yeşilçam ölməyib!" – deyən aktrisanın bu açıqlaması kino sənayesində köhnə və yeni nəsillərin təmsilçiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Yeşilçam hələ ölməyib, biz yaşayırıq! - FOTO

Yeşilçam hələ ölməyib, biz yaşayırıq! - FOTO

NE
Nihadə Eyyubova