YapiKredi Müraciət Forması
İdman

Məktəblimiz Qazaxıstanda çempion oldu

Məktəblimiz Qazaxıstanda çempion oldu

Saatlı məktəblisi beynəlxalq idman turnirində fərqlənib.

Demokrat.az xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Mustafa Məmmədli 66 kq çəki dərəcəsində I yeri tutaraq, yarışın çempionu olub.

Qeyd edək ki, M.Məmmədli Saatlı rayonunun Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdidir. O avqust ayında da Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub. (Oxu.az)

NE
Nihadə Eyyubova