YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Emel Sayından miras açıqlaması: "Ailəmin böyük hissəsini itirmişəm"

Emel Sayından miras açıqlaması: Ailəmin böyük hissəsini itirmişəm

Türkiyəli tanınmış müğənni Emel Sayın son günlər gündəmə gələn miras müzakirələri ilə bağlı açıqlama verib.

Demokrar.az xəbər verir ki, sənətçi konsert öncəsi jurnalistlərin suallarını cavablandırarkən miras məsələsinin onu narahat etdiyini bildirib.

Ailəsinin böyük hissəsini itirdiyini deyən Emel Sayın hazırda övladları kimi sevdiyi bacı və qardaş övladlarının qaldığını vurğulayıb. O, mirasın ailə üzvləri arasında münaqişəyə səbəb olmasını qətiyyən istəmədiyini söyləyib.

"Məni sıxan və narahat edən mövzudur. Çünki bəzən ailələr arasında heç gözlənilməyən xoşagəlməz hadisələrə səbəb ola bilir. Artıq ailəmin böyük hissəsini itirmişəm, geridə övladlarım kimi sevdiyim bacı və qardaş övladlarım qalıb. Aramızda belə bir şey yaşanmasını əsla istəmirəm", – deyə sənətçi bildirib.

Emel Sayın miras məsələsi barədə heç vaxt düşünmədiyini də qeyd edib. Onun sözlərinə görə, ailəsində bu mövzuda hər hansı problemin yaranacağına inanmır:

"Biz hər şeyi ortaq olan, bir-biri ilə paylaşan ailəyik. Bunun sona qədər belə davam edəcəyinə əminik".