Türkiyəli müğənni və aktyor Kutsi bir müddətdir münasibətdə olduğu Sevda Sönmezlə ailə həyatı qurub.
Demokrat.az xəbər verir ki, cütlük nikah mərasimini sadə şəkildə təşkil edib. Tədbirdə onların ailə üzvləri və yaxın dostları iştirak ediblər.
Nikah mərasimindən bəzi görüntülər sosial şəbəkələrdə paylaşılıb. Mərasimin şahidi isə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan İstanbul millət vəkili Serkan Bayram olub.
Serkan Bayram sosial media hesabında paylaşım edərək Kutsi və Sevda Sönmezi təbrik edib. O, cütlüyə sevgi, hörmət və qarşılıqlı anlayış üzərində qurulan ailə həyatında uzunömürlü xoşbəxtlik və firavanlıq arzulayıb.
Kutsi gizli şəkildə evləndi - FOTOLAR


