Türkiyənin məşhur serialı "Kızılcık Şerbeti"ndə Lider obrazını canlandıran aktyor Murat Aygen layihədən ayrılmasının səbəbini açıqlayıb.
Demokrat.az xəbər verir ki, aktyorun sözlərinə görə, ayrılıq qərarı obrazın hekayəsinin ilkin plandan fərqli istiqamətdə inkişaf etməsi ilə bağlı olub.
Murat Aygen bildirib ki, seriala daxil olarkən ona təqdim edilən Lider obrazı sonradan dəyişib və xarakter onun aktyorluq prinsipləri ilə üst-üstə düşməyib.
Aktyor obrazın gələcəkdə tamamilə fərqli tərəfinin üzə çıxacağını öyrəndikdən sonra meneceri ilə danışaraq layihədən ayrılmaq qərarına gəlib.
Aygen ayrılığın qarşılıqlı hörmət və anlayış çərçivəsində baş tutduğunu da vurğulayıb.
Aktyorun diqqət çəkən açıqlaması isə belə olub: "Serialda ölmədi, amma mənim üçün Lider öldü".
Beləliklə, Murat Aygenin "Kızılcık Şerbeti" ilə yollarını ayırmasının əsas səbəbinin ssenaridəki dəyişikliklər və obrazın inkişaf istiqaməti olduğu məlum olub.




