YapiKredi Müraciət Forması
Kriminal Özəl

Yumruqlanan qadından məhkəmədə gözlənilməz reaksiya

Yumruqlanan qadından məhkəmədə gözlənilməz reaksiya

Bakıda ər-arvadın mübahisəsi cinayət işi ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Məhərrəm həmin qəsəbədə birlikdə yaşadığı evdə həyat yoldaşı Gülşən (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq materiallarına görə, mübahisə zamanı Məhərrəm yumruqla həyat yoldaşının sifət nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Məhərrəm barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə olunub. Qadın ərini bağışlayaraq ondan şikayətçi olmadığını bildirib və şikayətini geri götürüb.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, tərəflər barışdığı və dəymiş ziyan tamamilə ödənildiyi üçün Məhərrəm cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor