Fuad Nəcəfli uzun müddət sonra görünüb.
Demokrat.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında Prezidentin keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda toy mərasimlərindən birində görünüb. Fuad Nəcəflinin yayılmış fotosunda tanınmış jurnalist Seymur Verdizadə də yer alıb.
Qeyd edək ki, Fuad Nəcəfli 2025-ci ildə İlham Əliyevin Sərəncamı ilə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.



