1960-cı ildə irəli sürülən qeyri-adi elmi proqnoza əsasən, 13 noyabr 2026-cı il bəşəriyyət üçün "qiyamət günü" olmalı idi. Lakin həmin tarix geridə qalsa da, gözlənilən hadisə baş verməyib.
Demokrat.az xəbər verir ki, bu proqnoz avstriyalı alim Haynts fon Förster tərəfindən 1960-cı ildə hazırlanıb. Alim həmin il "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım dinamikasını təhlil edərək gələcəklə bağlı diqqətçəkən nəticəyə gəlib.
Onun hesablamalarına görə, əhali artımı mövcud sürətlə davam edəcəyi təqdirdə, 2026-cı ilin noyabrında Yer kürəsində insanların sayı riyazi baxımdan sonsuzluğa çatmalı idi. Bu səbəbdən alim həmin tarixi simvolik olaraq bəşəriyyətin "qiyamət günü" kimi təqdim etmişdi.
Ancaq sonrakı onilliklərdə demoqrafik mənzərə dəyişib. Dünyada əhali artımının tempi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib və alimin hesablamalarının əsaslandığı artım modeli özünü doğrultmayıb.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, dünya əhalisinin sayı 2080-ci illərdə maksimum həddə çatacaq. Bundan sonra isə qlobal əhali sayında tədricən azalma gözlənilir.


