YapiKredi Müraciət Forması
Hava

Ayın 17-də 10 dərəcə şaxta olacaq

Ayın 17-də 10 dərəcə şaxta olacaq

Noyabrın 17-də Azərbaycanda hava şəraiti dəyişkən olacaq. Paytaxtda və Abşeron yarımadasında əsasən yağmursuz hava proqnozlaşdırılsa da, axşam saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Dağlıq rayonlarda isə qar gözlənilir.

Demokrat.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə az yağış yağa bilər.

Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 7-9, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gecə və səhər bəzi yerlərdə yağıntılı hava müşahidə olunacaq, dağlıq ərazilərə qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 4-8, gündüz 12-16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti gözlənilir.

Editor
Redaktor