YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Yeşilçam ulduzları ilə indiki məşhurlar eyni yaşda müqayisə edildi - Fotolar təəccübləndirdi

Türkiyə kinosunun əfsanəvi simaları ilə müasir dövrün tanınmış məşhurlarının eyni yaşda çəkilmiş fotoları sosial şəbəkələrdə maraq doğurub. Müqayisələrdə Yeşilçam aktyorlarının bir çoxunun indiki məşhurlarla müqayisədə daha yaşlı görünməsi diqqət çəkib.

Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri "Sabah" qəzetinə istinadən yazıb.

Müqayisə siyahısına Hulusi Kentmen, Adile Naşit, Münir Özkul, Kemal Sunal, Tarık Akan və Türkan Şoray kimi Türkiyə kinosunun unudulmaz simaları daxil edilib. Onların eyni yaşda olan müasir aktyor və sənətçilərlə fotoları yan-yana yerləşdirilib.

Belə ki, 61 yaşlı Hulusi Kentmenin görüntüsü aktyor Oktay Kaynarcanın həmin yaşdakı fotosu ilə müqayisə olunub. 47 yaşlı Adile Naşit isə aktrisa Mine Tugayla qarşılaşdırılıb.

Siyahıda digər maraqlı nümunələr də var. 38 yaşlı Perran Kutman və Sinem Kobal, 58 yaşlı Reha Yurdakul və müğənni Teoman, 52 yaşlı İhsan Yüce və Kenan İmirzalıoğlu eyni yaşda müqayisə ediliblər.

Bundan başqa, 40 yaşlı Ayşen Gruda ilə Fahriye Evcen, 49 yaşlı Münir Özkul ilə Keremcem, eləcə də Mürüvvet Sim və Çağla Şıkelin fotoları diqqət çəkib.

Müqayisələrə Yeşilçamın məşhur aktyorları Kemal Sunal və Tarık Akan da daxil edilib. Sunalın 43 yaşındakı görüntüsü Kıvanç Tatlıtuğla, Akanın 41 yaşındakı fotosu isə Burak Özçivitlə qarşılaşdırılıb.

Siyahının sonuncu cütlüyü isə 63 yaşlı Türkan Şoray və Hülya Avşar olub.

Nəşr iki dövr arasında görünüş fərqinin yaranmasını dəri və şəxsi qulluğa diqqətin artması, estetik prosedurlar, sağlam qidalanma, idman və həyat tərzindəki dəyişikliklərlə əlaqələndirir. Müqayisələr sosial mediada yaşlanma və nəsillər arasındakı görünüş fərqləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

1 / 11