YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Bu marşrut üzrə avtobuslar yenilənir

Bu marşrut üzrə avtobuslar yenilənir

Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 müasir və komfortlu avtobus sərnişinlərin xidmətində olacaq. CNG texnologiyası ilə təchiz edilən ekoloji cəhətdən təmiz avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edəcək.

Avtobuslarda gedişhaqqı nağdsız qaydada ödəniləcək. Gedişhaqqı 0.70 manat müəyyən edilib.

NE
Nihadə Eyyubova