Rusiyanın Kemerovo vilayətində An-12 tipli təyyarə faciəvi qəza törədib.
Demokrat.az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, Novosibirskdən Kanska istiqamətində uçan təyyarə Yaqunovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17 nəfərin olduğu və onların hamısının öldüyü iddia edilir.
Hadisə şahidlərinin sözlərinə görə, uçuş zamanı hava gəmisinin mühərriklərindən biri qəfil alışıb. Nəticədə təyyarə sürətlə hündürlük itirərək yerə çırpılıb və güclü partlayış baş verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Təyyarədəki 17 nəfərin həlak olması barədə məlumat isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.



