Türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə danışarkən maraqlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, sənətçi Kiprdəki "Grand Sapphire Resort"da keçirilən konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Melih Kunukçu ilə nə vaxt ailə quracaqları barədə sualı cavablandıran Derici "Pul qalmayıb!" deyərək ətrafdakıları güldürüb.
Müğənni evinin təmiri üçün böyük məbləğdə vəsait xərclədiyini bildirib. O, bütün yayı evinin təmirinə işlədiyini vurğulayaraq, "Kassa boşdur! Bank hesabımdakı pul getdikcə azalır", deyə zarafat edib.



