YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Aktrisa həkimlə evləndi, anasının 52 illik gəlinliyini geyindi - FOTO

Aktrisa həkimlə evləndi, anasının 52 illik gəlinliyini geyindi - FOTO

Məşhur türkiyəli onkoloq, professor Erkan Topuzun oğlu, həkim Berk Topuz aparıcı və aktrisa Ayça Kuru ilə evlənib.

Demokrat.az xəbər verir ki, cütlüyün toy mərasimi Gül Sultan köşkündə keçirilib. Tədbirdə incəsənət, tibb və cəmiyyət nümayəndələri iştirak ediblər.

Gecənin diqqətçəkən məqamı isə gəlinin seçdiyi libas olub. Ayça Kuru mərhum anasının 1974-cü ildə əl işi olaraq hazırladığı gəlinlik paltarını geyinib.

Aktrisa bu seçimlə anasının xatirəsini özəl günündə yaşadıb. Gənc cütlük mərasim boyu qonaqların təbriklərini qəbul edib və sevincini yaxınları ilə bölüşüb.

Aktrisa həkimlə evləndi, anasının 52 illik gəlinliyini geyindi - FOTO