YapiKredi Müraciət Forması
Dünya Özəl

Medvedev: "Ermənistanda cərəyan edən proseslər bölgəni yeni qlobal qarşıdurma meydanına çevrilib"

Medvedev: Ermənistanda cərəyan edən proseslər bölgəni yeni qlobal qarşıdurma meydanına çevrilib

Seçki prosesləri beynəlxalq qarşıdurma üçün yeni bir qlobal arenaya çevrilib; bu reallığı həm Qlobal Cənub ölkələri, həm də Avropa dövlətləri kəskin şəkildə hiss edirlər.

Demokrat.az xəbər verir ki, bu fikri Rusiyanın hakim "Vahid Rusiya" partiyasının sədri və ölkənin keçmiş prezidenti Dmitri Medvedev səsləndirib.

"Seçki prosesləri qarşıdurma üçün yeni qlobal arenaya çevrilib. Bu, təkcə Qlobal Cənub ölkələri tərəfindən deyil, həm də Avropa dövlətləri tərəfindən kəskin şəkildə hiss olunub. Əvvəllər bu çox təəccüblü görünə biləcək bir hal idi, indi isə reallıqdır. Buna misal olaraq Almaniya, Rumıniya, Bolqarıstan, Moldova, Ermənistan və bir çox başqalarını, eləcə də son dövrlərdə Braziliyanı göstərmək olar. Pərdə arxasındakı "kukla idarə edənlər", istər həmin ölkələrin daxilində, istərsə də onların sərhədlərindən kənarda olsun, xalqın iradəsini nəzərə almağa nə hazırdırlar, nə də buna istəkləri var", – deyə Medvedyev vurğulayıb.

Xatırladırıq ki, keçən həftə Ermənistanın KTMT-nin tədbərlərində davamlı iştirak etməməsi və quruma üzvlük haqqını ödəməməsi İrəvanın qurumda səs vermək hüququndan məhrum edilməsi ilə nəticələndi. Rusiyanın hakim dairələri İrəvanın Qərblə yaxınlaşması prosesini isə böyük narahatlıqla izləyirlər.

Alparslan