YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Kızılcık Şerbeti"ndə Asilin yerinə yeni aktyor gəlir - FOTO

Kızılcık Şerbetində Asilin yerinə yeni aktyor gəlir - FOTO

Türkiyənin məşhur serialı "Kızılcık Şerbeti"nin aktyor heyətinə yeni sima qoşulacaq.

Demokrat.az xəbər verir ki, "Gold Film" istehsalı olan serialda tanınmış aktyor Birand Tunca rol alacaq.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, aktyor ekran əsərində Ali Murat obrazını canlandıracaq. Yeni personaj Erkan Avcının oynadığı Asil obrazının hekayədən uzaqlaşmasından sonra süjetə daxil olacaq.

Belə ki, iflas edən Asilin sahibi olduğu televiziya kanalını Ali Murat satın alacaq. Yeni obraz serialın 148-ci bölümündən etibarən tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, serialın ssenari heyətində baş verən dəyişikliklərdən sonra süjet xəttində də bir sıra yeniliklər edilib. Aktyor heyətinə yeni simaların cəlb olunması ilə ekran əsərində hadisələrin fərqli istiqamətdə inkişaf edəcəyi gözlənilir.

Kızılcık Şerbetində Asilin yerinə yeni aktyor gəlir - FOTO