YapiKredi Müraciət Forması
Hadisə

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 16-sı saat 10 radələrində Heydər Əliyev prospektində İlqar Ələz oğlu Saxvanov 15 saylı müntəzəm marşrut xətti üzrə idarə etdiyi "Daewoo" markalı 10-TG-801 nömrə nişanlı avtobusla yolu keçən gənc qızı vurub.

Nəticədə, ağır xəsarətlər alan paytaxt sakini 2002-ci il təvəllüdlü Fatimeyi Zəhra Bayram qızı Babayeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar polis tərəfindən aparılır.

Qeyd edək ki, noyabrın 15-i də paytaxtın Nizami rayonunda marşrut avtobusu piyadanı vurub öldürmüşdü.