YapiKredi Müraciət Forması
Maraqlı

4 bürc üçün uğurlu günlər başlayır – Pul və sevgidə yeniliklər

4 bürc üçün uğurlu günlər başlayır – Pul və sevgidə yeniliklər

Noyabr ayının son həftələri bəzi bürclər üçün uğurlu dəyişikliklər vəd edir. Astroloji proqnoza görə, dörd bürcün nümayəndələri maliyyə, sevgi münasibətləri və uzun müddətdir təxirə saldıqları planlarla bağlı müsbət nəticələr əldə edə bilərlər.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri astroloqların proqnozlarına istinadən yazıb.

Astroloq Kim Enni bildirir ki, son həftələrdə planetlərin geriyə hərəkəti ilə əlaqələndirilən durğunluq və gecikmələr noyabrın sonuna doğru geridə qala bilər. Bu dəyişikliklər bəzi insanlar üçün həyatlarında yeni mərhələnin başlanğıcına çevriləcək.

Şir

Şir bürcünü fürsətlər, tanınma və şəxsi inkişaf dövrü gözləyir. Astroloqun fikrincə, Yupiterin bu bürcdə olması onların imkanlarını genişləndirə və məqsədlərinə çatmasına şərait yarada bilər.

Son iki ayda çətinliklərlə üzləşən Şirlər nəhayət işlərin öz xeyirlərinə dəyişdiyini hiss edəcəklər. Ətrafdakı insanların onlara marağı artacaq, fikirləri və uğurları daha çox diqqət çəkəcək. Bu isə özünəinamın yüksəlməsinə kömək edəcək.

Dolça

Noyabrın sonunda Dolçalar həyat və münasibətlərdən əslində nə istədiklərini daha yaxşı anlayacaqlar. Plutonun bu bürcdə olması daxili dəyişikliklərə və əvvəlki düşüncələrin yenidən nəzərdən keçirilməsinə şərait yaradacaq.

Astroloqlar xüsusilə şəxsi həyatla bağlı müsbət yeniliklər gözləyirlər. Dolçalar daha yetkin və uyğun insanlarla tanış ola, gözlənilməz təkliflər ala bilərlər. Bu fürsətlər gələcək inkişaf üçün yeni qapılar aça bilər.

Buğa

Buğalar üçün uğur daha çox karyera deyil, ailə və ev həyatı ilə bağlı olacaq. Astroloqların fikrincə, noyabrın sonuna qədər ailə münasibətlərində möhkəmlənmə və yaşayış şəraiti ilə əlaqədar mühüm dəyişikliklər baş verə bilər.

Buğa bürcünün nümayəndələrinə yaxınlarına daha çox vaxt ayırmaq, dostları ilə görüşmək və evdə rahat mühit yaratmaq tövsiyə olunur. Sevimli məşğuliyyətlərə vaxt ayırmaq və istirahət etmək də onların enerjisini bərpa etməsinə kömək edəcək.

Əqrəb

Əqrəblər üçün durğunluq dövrü başa çatır. Günəşin onların bürcündə olması və Merkurinin birbaşa hərəkətə qayıtması uzun müddətdir həllini gözləyən məsələlərin yoluna qoyulmasına imkan yarada bilər.

Kim Enni bu dövrü vacib söhbətlər, münasibətlərin bərpası və maliyyə qərarları üçün əlverişli hesab edir. Son bir ay yarımda göstərilən səylər nəticəsiz qalmayacaq. Noyabrın sonunadək Əqrəblər həm karyeralarında, həm də şəxsi həyatlarında irəliləyiş əldə edə bilərlər.