YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Münaqişədən uzaq durmalı olduğunuz 4 bürc - Astroloq xəbərdarlıq etdi

Münaqişədən uzaq durmalı olduğunuz 4 bürc - Astroloq xəbərdarlıq etdi

Bəzi insanlar incidildikdə və ya şəxsi sərhədləri pozulduqda gözlənilməz dərəcədə sərt reaksiya verə bilirlər. Astroloq Liza Stardast münaqişə zamanı davranışları ilə seçilən və münasibətlərdə ehtiyatlı yanaşma tələb etdiyi iddia olunan dörd bürcü açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Today.com" məlumat yayıb.

Qoç

Astroloqun fikrincə, Qoçlar emosiyalarını gizlətməkdə çətinlik çəkirlər. Xüsusilə qürurlarına toxunulduqda və ya haqlı olduqlarını sübut etmək istədikdə sərt davranış nümayiş etdirə bilərlər. Mübahisələr zamanı qarşı tərəfi incidən sözlər işlətməkdən çəkinməyən bu bürcün nümayəndələri bəzən impulsiv qərarlar verir, hətta dedi-qodulara və münaqişələrin böyüməsinə səbəb ola bilirlər. Bununla belə, emosional gərginlik keçdikdən sonra heç nə baş verməyibmiş kimi davranmaları da mümkündür.

Xərçəng

Xərçənglər adətən qayğıkeş və həssas insanlar kimi xarakterizə olunsalar da, astroloq onların özlərini və yaxınlarını qorumaq məsələsində sərt mövqe tuta bildiklərini bildirir. Onların hisslərinə toxunulduqda qarşı tərəfin zəif cəhətlərindən istifadə edə biləcəkləri iddia olunur. Münaqişələrdə hadisələri öz xeyirlərinə təqdim etməyə çalışmaları isə ətrafdakıların vəziyyəti düzgün qiymətləndirməsini çətinləşdirə bilər.

Əqrəb

Əqrəblər haqqında ən mürəkkəb xarakterli bürclərdən biri olduqları fikri geniş yayılıb. Liza Stardastın sözlərinə görə, bu bürcün nümayəndələri incidildikdə gözləniləndən daha sərt cavab verə bilərlər. Onların kəskin sözləri qarşı tərəfin ən həssas nöqtələrinə toxuna bilər. Astroloq Əqrəbləri qəsdən qıcıqlandırmamağı və şəxsi narazılıqları onların üzərinə tökməməyi tövsiyə edir.

Oğlaq

Oğlaqlar, adətən, yüksək səslə mübahisə etməyə və qalmaqal yaratmağa meyilli deyillər. Lakin astroloqun fikrincə, onlar incidildikdə yaşananları uzun müddət unutmurlar. Şəxsi sərhədləri pozulduqda soyuqlaşır, qarşı tərəfdən uzaqlaşır və münasibətlərə əvvəlki kimi yanaşmırlar. Oğlaqların incikliyi bağışlaması çətin ola bilər. Onlar münasibətləri aydınlaşdırmaq əvəzinə, həmin insanı həyatlarından çıxarmağa üstünlük verə bilərlər.