YapiKredi Müraciət Forması
Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.

"Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura, "DG ENEST"in baş direktoru Gert Yan Koopman və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordyu ilə keçirilən konstruktiv müzakirələr sayəsində olduqca məhsuldar görüşlər baş tutdu. Tərəflər arasında ortaq maraqlar və strateji prioritetlər barədə fikir mübadiləsi aparıldı. Əsas diqqət enerji təhlükəsizliyi və kommunikasiya əlaqələrinə yönəldilməklə, konkret nəticələr və praktiki təşəbbüslər hesabına Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi yolları müzakirə olundu", - deyə prezidentin köməkçisi bildirib.