YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Türkan Şoray Yeşilçamın çətin günlərini xatırladı: "Kəndlərdə qapıları döyüb evlərdə geyinirdik"

Türkan Şoray Yeşilçamın çətin günlərini xatırladı: Kəndlərdə qapıları döyüb evlərdə geyinirdik

Türk kinosunun əfsanəvi aktrisası Türkan Şoray Yeşilçam dövründə çəkiliş meydançalarında yaşadıqları çətinliklərdən danışıb.

Antalyada COP31 çərçivəsində keçirilən "Yeşilçam üsulu ilə film çəkmək" adlı görüşdə iştirak edən sənətçi bildirib ki, həmin illərdə aktyorların xüsusi karvanları olmayıb, geyimlərini avtomobillərdə dəyişiblər.

Şoray qeyd edib ki, bəzən çəkiliş məkanında avtomobillər uzaqda qaldığından kənd sakinlərinin qapısını döyərək evlərində paltarlarını dəyişmək üçün icazə istəyiblər. Kənd sakinlərinin onları böyük qonaqpərvərliklə qarşıladığını vurğulayıb.

220 filmdə rol alan aktrisa bütün ekran əsərlərinin kostyumlarını özünün aldığını və ya tikdirdiyini də açıqlayıb. O, Yeşilçamın məhdud imkanlara baxmayaraq sevgi, zəhmət və inam sayəsində böyük uğurlar qazandığını bildirib.

NE
Nihadə Eyyubova