YapiKredi Müraciət Forması
Hadisə

Kürdəmirdə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Kürdəmirdə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi "Nissan" markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin "Mercedes"in sərnişinləri – Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

NE
Nihadə Eyyubova