YapiKredi Müraciət Forması
Kriminal

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı qərar verildi

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı qərar verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirildiyi iş üzrə bu gün Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, Röyal Masiyev üzrlü səbəb olmadan ardıcıl olaraq bir neçə dəfə məhkəmə iclasına gəlmədiyindən xüsusi ittiham qaydasında aparılan cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, tanınmış influenserlər Fidan Rzayeva (Fidan Zeyn), Əfsanə Qasımova (Azerina), eləcə də daha bir şəxs Könül Həmzəyevadan şikayətçidirlər.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış digər cinayət işi üzrə isə hazırda Xətai Rayon Polis İdarəsində istintaq davam etdirilir.

NE
Nihadə Eyyubova