YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Sibel Taşçıoğlu "Kızılcık Şerbeti" dən ayrılması ilə bağlı susqunluğunu pozdu - FOTO

Sibel Taşçıoğlu Kızılcık Şerbeti dən ayrılması ilə bağlı susqunluğunu pozdu - FOTO

"Kızılcık Şerbeti" serialında Pembe obrazını canlandıran Sibel Taşçıoğlu ayrılığı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Aktrisa serialdan ayrılmağın öz seçimi olmadığını bildirib. O, çəkiliş prosesi zamanı peşəkar fikir ayrılıqlarının yaşandığını, lakin indiyədək həm peşəsinə, həm də birlikdə çalışdığı insanlara hörmət naminə susduğunu vurğulayıb.

Taşçıoğlu həmçinin karavanında yaşandığı iddia edilən hadisə ilə bağlı ona aid edilən açıqlamaları təkzib edib. Aktrisa adından yayılan əsassız məlumatlara etiraz edərək, susmağının həqiqətin təhrif edilməsinə razılıq vermək anlamına gəlmədiyini bildirib.

Sibel Taşçıoğlu Kızılcık Şerbeti dən ayrılması ilə bağlı susqunluğunu pozdu - FOTO

NE
Nihadə Eyyubova